Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci günü başlayıb.
APA xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib.
“Əbu-Dabidə danışıqların ikinci günü başlayıb. Dünənki kimi, eyni formatda çalışırıq: üçtərəfli məsləhətləşmələr, qruplarla işləmək və mövqelərin daha da sinxronlaşdırılması”, - Umerov qeyd edib.