AZ

Tramp administrasiyası Rusiya ilə ortaq məxrəc axtarmağa hazırdır



ABŞ vitse-prezidenti J.D. Vens bildirib ki, Donald Tramp administrasiyası Ukraynadakı vəziyyətlə bağlı fundamental fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə ortaq məxrəc axtarmağa hazırdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, o, bunu amerikalı jurnalist Meqin Kelli ilə müsahibəsində bildirib.

“Biz Ukrayna münaqişəsinə son ​​qoymaq üçün çalışacağıq. Əməkdaşlıq üçün bəzi sahələr ola bilər. Trampın mövqeyi belədir ki, Rusiya ilə bir çox məsələdə fikir ayrılığımız ola bilər, amma bəzi məsələlərdə razıyıq”, - Vens deyib.

O, Trampın xarici siyasətinin ölkələrin sadəcə dost və düşmənlərə bölünməsinə deyil, praqmatik maraqlara əsaslandığını vurğulayıb. Vitse-prezidentin sözlərinə görə, Ağ Evin yeni yanaşması hətta rəqiblərlə də onların maraqlarının üst-üstə düşdüyü məsələlərdə qarşılıqlı əlaqəyə imkan verir.

Anar
Seçilən
50
1
newscenter.az

2Mənbələr