ABŞ vitse-prezidenti J.D. Vens bildirib ki, Donald Tramp administrasiyası Ukraynadakı vəziyyətlə bağlı fundamental fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə ortaq məxrəc axtarmağa hazırdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, o, bunu amerikalı jurnalist Meqin Kelli ilə müsahibəsində bildirib.
“Biz Ukrayna münaqişəsinə son qoymaq üçün çalışacağıq. Əməkdaşlıq üçün bəzi sahələr ola bilər. Trampın mövqeyi belədir ki, Rusiya ilə bir çox məsələdə fikir ayrılığımız ola bilər, amma bəzi məsələlərdə razıyıq”, - Vens deyib.
O, Trampın xarici siyasətinin ölkələrin sadəcə dost və düşmənlərə bölünməsinə deyil, praqmatik maraqlara əsaslandığını vurğulayıb. Vitse-prezidentin sözlərinə görə, Ağ Evin yeni yanaşması hətta rəqiblərlə də onların maraqlarının üst-üstə düşdüyü məsələlərdə qarşılıqlı əlaqəyə imkan verir.
Anar