AZ

Məleykə Abbaszadə qəbul imtahanları ilə bağlı cinayət işi üzrə məhkəmə proseslərindən danışıb

"Hazırda iki məhkəmə prosesi davam edir. Ən pis hal odur ki, məhkəməyə cəlb edilən şəxslər, əsasən, müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir".

Bunu APA-nın sualına cavab olaraq DİM sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, onlar ictimaiyyət arasında şayiələr yaradıblar, imtahanlar haqqında yalan sözlər yazaraq ayrı-seçkilik yaradıblar:

“İndi isə gördük ki, bu məsələnin əsli başqadır. Çox istərdik ki, bu insanlar təhsil sistemindən uzaqlaşsınlar. Biz bu prosesi izləyirik. İmtahanların nəticələri yoxlandıqdan sonra köçürmə varsa, nəticə ləğv olunur. Biz bunu yoxlayırıq və köçürülmə müəyyən edilirsə, imtahan nəticələri də ləğv edilir. Amma kənardan müdaxilə müəyyən edildikdə bunu hüquqi prosedura yönləndiririk. Hazırda bu prosesi izləyirik və mediadan da eşidirik. Belə insanlar üçün bu yaxşı dərs olacaq”.

Seçilən
27
4
apa.az

6Mənbələr