Hazırda 2 məhkəmə prosesi davam edir. Ən pis hal odur ki, məhkəməyə cəlb edilən şəxslər, əsasən, müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, onlar ictimaiyyət arasında şayiələr yayılıb:
“Məsələnin əsli başqadır. Çox istərdik ki, bu insanlar təhsil sistemindən uzaqlaşsınlar. İmtahanların nəticələri yoxlandıqdan sonra köçürmə varsa, nəticə ləğv olunur. Amma kənardan müdaxilə müəyyən edildikdə bunu hüquqi prosedura yönləndiririk. Hazırda bu prosesi izləyirik və mediadan da eşidirik. Belə insanlar üçün bu, yaxşı dərs olacaq”.
Telegram kanalımız