AZ

"Arsenal" "Çelsi"ni məğlub edərək finala çıxdı - VİDEO

İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyununda London derbisi baş tutub.

"Unikal" xəbər verir ki, “Arsenal” doğma meydanda “Çelsi”ni minimal hesabla məğlub edib — 1:0.

Görüş uzun müddət qolsuz davam etsə də, matçın taleyi əlavə edilmiş dəqiqələrdə həll olunub. 90+7-ci dəqiqədə Kai Havertz fərqlənərək “topçular”a qələbə qazandırıb.

Qeyd edək ki, ilk oyunda səfərdə 3:2 hesabı ilə qalib gələn “Arsenal” iki oyunun nəticəsinə görə 4:2-lik üstünlüklə finala adlayıb. “Çelsi” isə turnirlə yarımfinal mərhələsində vidalaşıb.

Seçilən
26
1
unikal.az

2Mənbələr