Unikal.az saytına istinadən ain.az xəbər verir.
İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyununda London derbisi baş tutub.
"Unikal" xəbər verir ki, “Arsenal” doğma meydanda “Çelsi”ni minimal hesabla məğlub edib — 1:0.
Görüş uzun müddət qolsuz davam etsə də, matçın taleyi əlavə edilmiş dəqiqələrdə həll olunub. 90+7-ci dəqiqədə Kai Havertz fərqlənərək “topçular”a qələbə qazandırıb.
Qeyd edək ki, ilk oyunda səfərdə 3:2 hesabı ilə qalib gələn “Arsenal” iki oyunun nəticəsinə görə 4:2-lik üstünlüklə finala adlayıb. “Çelsi” isə turnirlə yarımfinal mərhələsində vidalaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.