AZ

"İmişli" "Qəbələ"nin futbolçusunu transfer etdi

"İmişli" klubu yeni transfer reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi azərbaycanlı oyunçu Nazim Hüseynov ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 2 il 6 aylıq müqavilə imzalanıb.

Gənc futbolçu son olaraq "Qəbələ"nin formasını geyinib.

Seçilən
28
fanat.az

1Mənbələr