"İmişli" klubu yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi azərbaycanlı oyunçu Nazim Hüseynov ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 2 il 6 aylıq müqavilə imzalanıb.
Gənc futbolçu son olaraq "Qəbələ"nin formasını geyinib.