AZ

Cill Baydenin keçmiş əri həbs edildi


ABŞ-nin keçmiş prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenin birinci əri Uilyam Stivenson qətl ittihamı ilə həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
“Keçmiş birinci xanım Cill Baydenin əri olmuş Uilyam Stivenson həbs edilib. O hazırkı həyat yoldaşını öldürməkdə ittiham olunur”, - telekanal bildirib.
Məhkəmə 77 yaşlı Stivenson üçün 500 000 dollar girov müəyyən edib.
Ehtimal edilən qətlin bütün təfərrüatları hazırda məlum deyil.
Dekabr ayında polis məişət zorakılığı barədə məlumat aldıqdan sonra Stivensonun evinə gedib və Uilyamın həyat yoldaşı Linda huşsuz vəziyyətdə tapılıb.
Lindanı həyata qaytarmaq üçün cəhdlər olsa da, onu xilas etmək mümkün olmayıb.
Seçilən
20
4
yeniavaz.com

5Mənbələr