AZ

Baydenin həyat yoldaşının keçmiş əri həbs edildi: Kimi öldürüb?

ABŞ-ın keçmiş prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenin birinci əri qətl ittihamı ilə həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.

"Keçmiş birinci xanım Cill Baydenin keçmiş əri həbs edilib və hazırkı həyat yoldaşını öldürməkdə ittiham olunur", - deyə açıqlamada bildirilir.

77 yaşlı Uilyam Stivenson barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə 500 min dollar girov təyin edib.

Bildirilir ki, şübhəli qətlin bütün təfərrüatları hazırda məlum deyil. Dekabr ayında polis məişət zorakılığı barədə məlumat aldıqdan sonra Stivensonun evinə gəlib. Uilyamın həyat yoldaşı Linda huşsuz vəziyyətdə tapılıb. Onu xilas etmək mümkün olmayıb.

Seçilən
7
4
publika.az

5Mənbələr