AZ

Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib

ABŞ-nin pərakəndə satış şirkəti Walmart-ın kapitallaşması (bazar dəyəri) ilk dəfə olaraq 1 trilyon ABŞ dollarını keçib. 

Marja xəbər verir ki, son bir ildə şirkətin səhmləri təxminən 26% bahalaşaraq onu texnologoya nəhəngləri Nvidia və Alphabet kimi  trilyonluq şirkətlər sırasına qaldırıb. 

Walmart, bazar dəyəri 1 trilyon ABŞ dollarından çox olan azsaylı qeyri-texnologiya şirkətlərindən (Berkshire Hathaway və Saudi Aramco) biridir.

Dünyanın ən böyük pərakəndə satış şəbəkəsi 1962-ci ildə bir mağazadan fəaliyyətə başlayıb, lakin rəqiblərini tez bir zamanda qabaqlaya bilib.

Seçilən
33
marja.az

1Mənbələr