ABŞ-nin pərakəndə satış şirkəti Walmart-ın kapitallaşması (bazar dəyəri) ilk dəfə olaraq 1 trilyon ABŞ dollarını keçib.
Marja xəbər verir ki, son bir ildə şirkətin səhmləri təxminən 26% bahalaşaraq onu texnologoya nəhəngləri Nvidia və Alphabet kimi trilyonluq şirkətlər sırasına qaldırıb.
Walmart, bazar dəyəri 1 trilyon ABŞ dollarından çox olan azsaylı qeyri-texnologiya şirkətlərindən (Berkshire Hathaway və Saudi Aramco) biridir.
Dünyanın ən böyük pərakəndə satış şəbəkəsi 1962-ci ildə bir mağazadan fəaliyyətə başlayıb, lakin rəqiblərini tez bir zamanda qabaqlaya bilib.