"Fənərbağça" klubu bir oyunçu üçün rəsmi danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, onlar hücumçu Darvin Nunyesi heyətinə qatmaq üçün 1,5 mövsümlük icarə təklifi ilə çıxış edib.
Lakin “Əl-Hilal” rəhbərliyi maaş strukturu və icarə müddəti səbəbilə bu təklifi qəbul etməyib.
Bununla belə, Səudiyyə klubu Türkiyə təmsilçisindən yaxın vaxtlarda yeni təklif gözlədiyini də bildirib. "Fənərbağça" yeni təklif hazırlayır.