AZ

“Real”ın sabiq futbolçusu ABŞ-a yollanır

“Real” və “Bavariya”nın sabiq futbolçusu Xames Rodriqes karyerasını ABŞ-da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı kolumbiyalı vinger hazırda azad agentdir və “Minnesota Yunayted” ilə danışıqlar aparır.

Xames Meksikada “Leon” klubunda 34 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Seçilən
19
idmanxeber.az

1Mənbələr