“Real” və “Bavariya”nın sabiq futbolçusu Xames Rodriqes karyerasını ABŞ-da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı kolumbiyalı vinger hazırda azad agentdir və “Minnesota Yunayted” ilə danışıqlar aparır.
Xames Meksikada “Leon” klubunda 34 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.