Bakının Xətai rayonu ərazisində tələbə itkin düşüb.
Bu barədə Far.Az-ə itkin düşmüş şəxsin yaxınları məlumat veriblər.
Bildirilir ki, 17.02.2007-ci il təvəllüdlü Abdinov Vasif Elnur oğlu fevralın 2-də Xətai rayonu, Köhnə Günəşli ərazisində evdən çıxıb və bir daha geri qayıtmayıb. Hazırda telefon nömrəsinə zəng çatmır.
Qeyd edək ki, Vasif Abdinov Gəncədə təhsil alır. 2-ci kurs tələbəsidir.
Ailəsi narahat olduğu üçün Xətai rayon Polis İdarəsinə müraciət ediblər.
Xahiş olunur ki, həmin şəxs barəsində məlumatı olanlar Xətai rayon Polis İdarəsi ilə əlaqə saxlasınlar.