AZ

Bakıda itkin düşən tələbə oğlan TAPILIB

Bakıda itkin düşən tələbə oğlan tapılıb.

Bu barədə BAKU.WS-ə onun yaxınları məlumat verib.

Bildirilib ki, Vasif Abdinov polis bölməsindədir. Onun səhhətinin qaydasında olduğu qeyd olunub.

***2026-02-03 saat 22:40

Bakının Xətai rayonu ərazisində tələbə itkin düşüb.

Bu barədə BAKU.WS-ə itkin düşmüş şəxsin yaxınları məlumat veriblər.

Bildirilir ki, 17.02.2007-ci il təvəllüdlü Abdinov Vasif Elnur oğlu fevralın 2-də Xətai rayonu, Köhnə Günəşli ərazisində evdən çıxıb və bir daha geri qayıtmayıb. Hazırda telefon nömrəsinə zəng çatmır.

Qeyd edək ki, Vasif Abdinov Gəncədə təhsil alır. 2-ci kurs tələbəsidir.

Ailəsi narahat olduğu üçün Xətai rayon Polis İdarəsinə müraciət ediblər.

Xahiş olunur ki, həmin şəxs barəsində məlumatı olanlar Xətai rayon Polis İdarəsi ilə əlaqə saxlasınlar.

Seçilən
0
1
far.az

2Mənbələr