AZ

ABŞ ordusu Ərəbistan dənizində İranın pilotsuz uçuş aparatını vurub

Vaşinqton, 3 fevral, AZƏRTAC

ABŞ ordusu Ərəbistan dənizində "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, ABŞ ordusunun Mərkəzi Komandanlığının sözçüsü, Hərbi Dəniz Qüvvələrinin kapitanı Tim Hokins bildirib ki, İranın "Şahed-139" PUA-sı təyyarədaşıyan gəmiyə doğru uçuş həyata keçirib.

"Abraham Linkoln”da olan F-35C qırıcı təyyarəsi özünümüdafiə və təyyarədaşıyan gəmini və göyərtədəki şəxsi heyəti qorumaq üçün İran pilotsuz uçuş aparatını vurub",-deyə məlumatda bildirilir.

 

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
115
3
azertag.az

4Mənbələr