AZ

ABŞ ordusu Ərəbistan dənizində İranın pilotsuz uçuş aparatını vurub

ABŞ ordusu Ərəbistan dənizində "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.

Xezerxeber.az-ın məlumatına görə, ABŞ ordusunun Mərkəzi Komandanlığının sözçüsü, Hərbi Dəniz Qüvvələrinin kapitanı Tim Hokins bildirib ki, İranın "Şahed-139" PUA-sı təyyarədaşıyan gəmiyə doğru uçuş həyata keçirib.

"Abraham Linkoln”da olan "F-35C" qırıcı təyyarəsi özünümüdafiə və təyyarədaşıyan gəmini və göyərtədəki şəxsi heyəti qorumaq üçün İran pilotsuz uçuş aparatını vurub",-deyə məlumatda bildirilir.

Seçilən
41
3
xezerxeber.az

4Mənbələr