AZ

Ukraynada fövqəladə vəziyyət elan edildi

Ukraynanın Xarkov şəhərində istilik-elektrik mərkəzinin zədələnməsi səbəbilə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Redaktor.az xəbər verir ki,bBu barədə Ukraynanın UNİAN agentliyi məlumat yayıb.

Məlumata görə, İEM-in sıradan çıxması nəticəsində şəhərdə təxminən min obyekt istilik təchizatından məhrum olub. Onların 850-si yaşayış binasıdır.

Bildirilir ki, ötən gecə Rusiya hərbçiləri Ukraynanın hərbi-sənaye kompleksinə məxsus müəssisələrə və bu obyektlərin fəaliyyətində istifadə olunan enerji infrastrukturuna kütləvi zərbələr endiriblər.

Nuriyyə NATİQQIZI

Seçilən
8
redaktor.az

1Mənbələr