Ukraynanın Xarkov şəhərində istilik-elektrik mərkəzinin zədələnməsi səbəbilə fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Redaktor.az xəbər verir ki,bBu barədə Ukraynanın UNİAN agentliyi məlumat yayıb.
Məlumata görə, İEM-in sıradan çıxması nəticəsində şəhərdə təxminən min obyekt istilik təchizatından məhrum olub. Onların 850-si yaşayış binasıdır.
Bildirilir ki, ötən gecə Rusiya hərbçiləri Ukraynanın hərbi-sənaye kompleksinə məxsus müəssisələrə və bu obyektlərin fəaliyyətində istifadə olunan enerji infrastrukturuna kütləvi zərbələr endiriblər.
Nuriyyə NATİQQIZI