AZ

Hindistan-ABŞ münasibətləri yumşalır

ABŞ-nin "The Washington Post" qəzeti Ağ Evdən adı çəkilməyən rəsmi nümayəndəyə istinadənyazırki, belə bir addım Hindistanın təzyiq nəticəsində Rusiya neftindən imtinası, əvəzində Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Anqoladan yanacaq almağa başlamasıxəbərlərifonunda atılıb. Belə ki, Hindistanın Baş naziri Narendra Modi ölkəsinin Rusiya neftinin idxalının dayandırdığını diqqətə çatdırıb. ABŞ Prezidenti Donald Trampla telefon danışığının nəticəsində tərəflər rüsumun 18%-ə endirilməsi barədərazılığa gəliblər.Öz növbəsində, Donald Trampvurğulayıbki, Hindistan həmçinin ABŞ və Venesueladan neft ixracını da artırmaq niyyətindədir.
Reuters:"Hindistan artıq başqa ölkələrdən neft alır"

Eyni zamanda, Britaniyanın "Reuters" xəbər agentliyi Hindistan hökumətindən anonim mənbəyə istinadənməlumat yayıbki, Yeni Dehli Vaşinqtondan yanacaqla yanaşı silah-sursat və təyyarə alışını da artıra, qarşılığında isə öz kənd təsərrüfatı bazarını ABŞ üçün qismən aça bilər. Mümkün saziş Hindistanın telekommunikasiya avadanlıqları, əczaçılıq məhsullar idxalını da əhatələyir.

Firudin Həmidli
AzVision.az
Seçilən
10
2
azvision.az

3Mənbələr