ABŞ-nin "The Washington Post" qəzeti Ağ Evdən adı çəkilməyən rəsmi nümayəndəyə istinadən
yazırki, belə bir addım Hindistanın təzyiq nəticəsində Rusiya neftindən imtinası, əvəzində Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Anqoladan yanacaq almağa başlaması
xəbərlərifonunda atılıb. Belə ki, Hindistanın Baş naziri Narendra Modi ölkəsinin Rusiya neftinin idxalının dayandırdığını diqqətə çatdırıb. ABŞ Prezidenti Donald Trampla telefon danışığının nəticəsində tərəflər rüsumun 18%-ə endirilməsi barədə
razılığa gəliblər.Öz növbəsində, Donald Tramp
vurğulayıbki, Hindistan həmçinin ABŞ və Venesueladan neft ixracını da artırmaq niyyətindədir.
Eyni zamanda, Britaniyanın "Reuters" xəbər agentliyi Hindistan hökumətindən anonim mənbəyə istinadən
məlumat yayıbki, Yeni Dehli Vaşinqtondan yanacaqla yanaşı silah-sursat və təyyarə alışını da artıra, qarşılığında isə öz kənd təsərrüfatı bazarını ABŞ üçün qismən aça bilər. Mümkün saziş Hindistanın telekommunikasiya avadanlıqları, əczaçılıq məhsullar idxalını da əhatələyir.
Firudin Həmidli
AzVision.az