AZ

BDU-nun rektoru UNCOPUOS-un Elm və Texnika üzrə Alt Komitəsinin 63-cü sessiyasında iştirak edir


Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Birləşmiş Millətlər Təşkilatının Kosmosdan Dinc Məqsədlər üçün İstifadə üzrə Komitəsinin (UNCOPUOS) Elm və Texnika üzrə Alt Komitəsinin 63-cü sessiyasında iştirak edir.
“İki sahil” xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təşkil olunan sessiya çərçivəsində kosmik tədqiqatlar və innovativ texnologiyalar üzrə beynəlxalq əməkdaşlıq gündəliyi ətrafında müzakirələr aparılır. Qeyd olunmalıdır ki, UNCOPUOS BMT Baş Assambleyası tərəfindən kosmosun bütün bəşəriyyətin rifahı naminə dinc məqsədlərlə istifadəsini tənzimləmək məqsədilə yaradılmış əsas beynəlxalq platformadır. Komitənin Elm və Texnika üzrə Alt Komitəsi isə kosmik tədqiqatlar, texnoloji inkişaflar və beynəlxalq əməkdaşlıq mexanizmlərinin müzakirə olunduğu, qlobal gündəliyin formalaşmasına töhfə verən mühüm institusional mexanizm kimi çıxış edir.

Seçilən
9
1
ikisahil.az

2Mənbələr