AZ

BDU nun rektoru UNCOPUOS un Elm və Texnika üzrə Altkomitəsinin 63 cü sessiyasında iştirak edir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Birləşmiş Millətlər Təşkilatının Kosmosdan Dinc Məqsədlər üçün İstifadə üzrə Komitəsinin (UNCOPUOS) Elm və Texnika üzrə Altkomitəsinin 63-cü sessiyasında iştirak edir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Avstriyanın paytaxtı Vyanada təşkil olunan sessiya çərçivəsində kosmik tədqiqatlar və innovativ texnologiyalar üzrə beynəlxalq əməkdaşlıq gündəliyi ətrafında müzakirələr aparılır.

UNCOPUOS BMT Baş Assambleyası tərəfindən kosmosun bütün bəşəriyyətin rifahı naminə dinc məqsədlərlə istifadəsini tənzimləmək məqsədilə yaradılmış əsas beynəlxalq platformadır. Komitənin Elm və Texnika üzrə Altkomitəsi isə kosmik tədqiqatlar, texnoloji inkişaflar və beynəlxalq əməkdaşlıq mexanizmlərinin müzakirə olunduğu, qlobal gündəliyin formalaşmasına töhfə verən mühüm institusional mexanizm kimi çıxış edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr