Bakı, 3 fevral, AZƏRTAC
“Kəpəz” insident nəticəsində bıçaq xəsarəti alan futbolçusu Veysəl Rzayevin durumunu açıqlayıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, yarımmüdafiəçi hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur.
“Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti stabildir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Gəncədə baş verib.