RU

“Kəpəz”in bıçaqlanan futbolçusunun son durumu açıqlanıb

Bakı, 3 fevral, AZƏRTAC

“Kəpəz” insident nəticəsində bıçaq xəsarəti alan futbolçusu Veysəl Rzayevin durumunu açıqlayıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, yarımmüdafiəçi hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur.

“Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti stabildir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Gəncədə baş verib.

Избранный
11
1
azertag.az

2Источники