Bakı.Trend:
Fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətləralması, yerləşdirildiyi xəstəxanada ölməsi barədə şəhərprokurorluğuna məlumat daxil olub.
Trend xəbərverir ki, bu barədə Gəncə şəhər prokurorluğu məlumat yayıb.
Bildirilir ki, ilkin araşdırmalarla cinayətin 1988-ci iltəvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələrmüəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb,M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismindətutulub.
İbtidai istintaq davam edir.