AZ

SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri Anar Məmmədov və Babək Hüseynovun iştirakı ilə “Yokogawa Europe B.V.” şirkətinin prezidenti, “Yokogawa Electric Corporation”un vitse-prezidenti və Avropa, Rusiya və MDB üzrə regional baş icraçı direktoru Seita Hagihara ilə görüş keçirilib.

SOCAR-ın məlumatına görə, görüşdə ötən ilin sentyabrında Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası çərçivəsində əldə olunan razılaşmaların icrası istiqamətində atılan addımlar məmnunluqla qeyd olunub.

Söhbət zamanı tərəflər SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında enerji sahəsində qarşılıqlı maraq doğuran istiqamətləri nəzərdən keçirib, o cümlədən “downstream” və “upstream” sahələrində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

Görüş çərçivəsində tərəflər arasında potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Seçilən
11
12
vergiler.az

10Mənbələr