AZ

"Ukrayna münaqişəsinin həlli prosesi çox yaxşı irəliləyir" - Tramp

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların uğurla irəlilədiyini bildirib.

Missiya.Az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya ilə bağlı proseslər ABŞ üçün müsbət nəticələr verir və BMT də danışıqlarda müəyyən dərəcədə iştirak edir:

“Ukrayna və Rusiya ilə bağlı hər şey bizim üçün çox yaxşı gedir. Bunu ilk dəfə deyirəm. Düşünürəm ki, yaxşı xəbər gözləyə bilərik”, – ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, yanvarın 23–24-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüşlərdə ərazi məsələləri, bufer zonalarının yaradılması və müxtəlif nəzarət mexanizmləri müzakirə olunub.

Danışıqların ikinci turunun fevralın 4–5-də keçirilməsi planlaşdırılır. 

Seyranə QuliyevaMissiya.Az

Seçilən
10
missiya.az

1Mənbələr