
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların uğurla irəlilədiyini bildirib.
Missiya.Az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukrayna və Rusiya ilə bağlı proseslər ABŞ üçün müsbət nəticələr verir və BMT də danışıqlarda müəyyən dərəcədə iştirak edir:
“Ukrayna və Rusiya ilə bağlı hər şey bizim üçün çox yaxşı gedir. Bunu ilk dəfə deyirəm. Düşünürəm ki, yaxşı xəbər gözləyə bilərik”, – ABŞ Prezidenti qeyd edib.
Xatırladaq ki, yanvarın 23–24-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüşlərdə ərazi məsələləri, bufer zonalarının yaradılması və müxtəlif nəzarət mexanizmləri müzakirə olunub.
Danışıqların ikinci turunun fevralın 4–5-də keçirilməsi planlaşdırılır.
Seyranə QuliyevaMissiya.Az