AZ

Ronaldonun boykotu bəhrə verdi: Benzemanın transferi bloklandı

Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) fransalı hücumçu Kərim Benzemanın “Əl-İttihad”dan “Əl-Hilala” transferi ilə bağlı danışıqları müvəqqəti olaraq dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolieri “X” sosial media platformasında məlumat verib.

Mənbənin məlumatına görə, Ronaldonun fondun “Əl-Nəsr”ə əlavə transfer vəsaiti ayırmaq istəməməsindən narazılığı səbəbindən Benzema ilə müqavilə müvəqqəti olaraq ləğv edilib. Mediada əvvəllər portuqaliyalının oyunları boykot etməklə hədələdiyi bildirilirdi.

Seçilən
46
publika.az

1Mənbələr