AZ

"Rabitəbank" ASC kotirovka elan edir

"Rabitəbank" ASC dəftərxana,təsərrüfat məhsullarının satınalınması üzrə kotirovka elan edib.

Kotirovkanın adı: Dəftərxana, təsərrüfat məhsullarının satınalınması

Kotirovkanın elan tarixi: 02.02.2026

Kotirovkanın son tarixi: 09.02.2026, saat 15:00.

Kotirovka qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

- İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)

- İşin icra müddəti qeyd edilməsi mütləqdir

- Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu

-Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Kotirovkada iştirak etmək üçün təqdim edilməli sənədlər:

- Kotirovka təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli

- Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

- Məxfilik müqaviləsi (Kotirovkada iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

- Kotirovka təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

- Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı

- Şirkətin son 1 il üzrə vergi borcunun olmaması haqqında rəsmi arayış

Kotirovkada iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.

Seçilən
35
5
fed.az

9Mənbələr