AZ

RABİTƏBANK ASC KOTİROVKA ELAN EDİR

ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Kotirovkanın adı:  “Dəftərxana,təsərrüfat məhsullarının satınalınması”

Kotirovkanın elan tarixi: 02.02.2026

Kotirovkanın son tarixi: 09.02.2026, saat 15:00.

Kotirovka qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)

İşin icra müddəti qeyd edilməsi mütləqdir

Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu

Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Kotirovkada iştirak etmək üçün təqdim edilməli sənədlər:

Kotirovka təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli

Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

Məxfilik müqaviləsi (Kotirovkada iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

Kotirovka təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı

Şirkətin son 1 il üzrə vergi borcunun olmaması haqqında rəsmi arayış

Kotirovkada iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
2
banco.az

9Mənbələr