AZ

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir (FOTO)

Bakı. Trend:

Türkiyə Respublikasının İstanbul şəhərində 2 Fevral – AzərbaycanGəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik vəİnkişaf Forumu” keçirilir.

Trend xəbərverir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF)birgə tərəfdaşlığı çərçivəsində baş tutan forum iki gün davamedəcək.

Komitədən bildirilib ki, foruma 28 ölkədən 29 azərbaycanlı,eləcə də Azərbaycana dost xalqları təmsil edən gənc diasporfəalları qatılıb.

Forumun məqsədi Azərbaycan Diaspor Gənclərinin (ADG) gələcəkfəaliyyət istiqamətlərinin müəyyən edilməsi, xaricdə yaşayan vətəhsil alan azərbaycanlı gənclərin şəbəkələşməsi, onların diasporfəaliyyətinə cəlb olunmasıdır.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədrininbirinci müavini Valeh Hacıyev, Türkiyə Böyük Millət Məclisinin(TBMM) deputatı, Türkiyə Azərbaycan Parlamentlərarası dostluqqrupunun rəhbəri Şamil Ayrım, İstanbul şəhərinin Bağcılar rayonununkaymakamı Abdullah Uçqun, TADEF-in rəhbəri Ədalət Turan vətəşkilatın idarə heyətinin üzvləri, İstanbulda fəaliyyət göstərəndiaspor təşkilatlarının rəhbərləri, Xalq artisti Əlixan Səmədov,Əməkdar artist Məlahət Abbasova, Əməkdar incəsənət xadimi RəşadZeynalov və Əməkdar rəssam Teymur Rzayev iştirak edir.

Forum çərçivəsində “Müasir diaspor gəncliyi: təşkilatlanma,şəbəkələşmə və liderlik”, “Diaspor və lobbiçilik”, “Diasporgənclərinin media və rəqəmsal aktivliyi” mövzularında təlimlərkeçiriləcək. Eyni zamanda “Azərbaycan dilinin qorunması vətəbliği”, “Azərbaycanın xarici siyasəti: Gənclərin ictimaidiplomatiyada iştirakı”, “Gələcək əməkdaşlıq imkanları və ortaqlayihələr” mövzularında panel müzakirələri təşkil olunacaq.

Bununla yanaşı, Azərbaycan Diaspor Gənclərinin (ADG)2026–2028-ci illər üçün Fəaliyyət Planının müzakirəsi, yenikoordinatorların təqdimatı və mədəni proqramların keçirilməsinəzərdə tutulur.

İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
Seçilən
18
5
az.trend.az

6Mənbələr