AZ

Gəncədə partlayış - xəsarət alanlar var

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, şəhər ərazisində kanalizasiya xətlərində qaynaq işləri aparılan zaman partlayış qeydə alınıb.

Nəticədə 1984-cü il təvəllüdlü A. Zamanov, 1968-ci il təvəllüdlü Ərəstun adlı şəxs və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
5
ucnoqta.az

10Mənbələr