AZ

"Beşiktaş" Meksika millisinin müdafiəçisi üçün 12 milyon təklif etdi

“Beşiktaş” “Lokomotiv”dən Sezar Montesi heyətinə qatmağı planlaşdırır.

Sportal.az “Çempionat.com”a istinadən xəbər verir ki, “Beşiktaş”ın meksikalı üçün son şifahi təklifi bonuslar da daxil olmaqla 12 milyon avro olub. Lakin Montes yaya qədər "Lokomotiv"də qalmağa, dünya çempionatında iştirak etməyə və sonra klubdan ayrılmağa qərar verib.

Sezar 2024-cü ilin sentyabr ayından "Lokomotiv"də çıxış edir. Bu mövsüm müdafiəçi 19 klub oyununda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt” meksikalı oyunçunun bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.

Meksika millisinin üzvünün “Lokomotiv”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, “Monterrey”, “Espanyol”, “Almeriya” klublarının formasını geyinib.

saytlarin hazirlanmasi

Seçilən
12
2
sportal.az

3Mənbələr