AZ

“Beşiktaş” Meksika millisinin müdafiəçisi üçün 12 milyon avro təklif etdi

Bakı. Trend:

“Beşiktaş” “Lokomotiv”dən Sezar Montesi heyətinə qatmağıplanlaşdırır.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, “Beşiktaş”ın meksikalı üçün sonşifahi təklifi bonuslar da daxil olmaqla 12 milyon avro olub. LakinMontes yaya qədər "Lokomotiv"də qalmağa, dünya çempionatındaiştirak etməyə və sonra klubdan ayrılmağa qərar verib.

Sezar 2024-cü ilin sentyabr ayından "Lokomotiv"də çıxış edir. Bumövsüm müdafiəçi 19 klub oyununda iştirak edib, bir qol vurub vəbir məhsuldar ötürmə edib. “Transfermarkt” meksikalı oyunçununbazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Meksika millisinin üzvünün “Lokomotiv”lə müqaviləmüddəti 2029-cu il iyunun 30-na qədərdir. O, “Monterrey”,“Espanyol”, “Almeriya” klublarının formasını geyinib.

Məqalədə:
Seçilən
1
2
az.trend.az

3Mənbələr