
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, iclas saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) Beştəpədə keçiriləcək.
Bildirilib ki, toplantıda əsas müzakirə mövzusu ABŞ və İran arasındakı gərginlik olacaq.
Qeyd olunub ki, bundan əlavə iclasda Suriya və Qəzzadakı vəziyyət müzakirə olunacaq.
Daşqın Həsənov
Missiya.Az