RU

Ərdoğan ABŞ-İran gərginliyi ilə bağlı nazirləri toplayır

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, iclas saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) Beştəpədə keçiriləcək.

Bildirilib ki, toplantıda əsas müzakirə mövzusu ABŞ və İran arasındakı gərginlik olacaq.

Qeyd olunub ki, bundan əlavə iclasda Suriya və Qəzzadakı vəziyyət müzakirə olunacaq.

Daşqın Həsənov

Missiya.Az

Избранный
9
missiya.az

1Источники