AZ

Deputat maaşların artırılmasından danışdı

“Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manatdır və bu, orta əməkhaqqının 37%-i səviyyəsindədir. Qoşulduğumuz beynəlxalq sənədlərdə minimum əməkhaqqı ən azı orta əməkhaqqının 60%-i həcmindədir. Əgər bizdə bu tətbiq olunsa minimum əməkhaqqı 655 manat olmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, bu nöqteyi-nəzərdən minimum əməkhaqqı məbləğinin ildə bir dəfən az olmayaraq baxılması məsələsi çoxşaxəli aktuallıq kəsb edir:

"Xüsusilə regionlarda işləyən şəxslərin xeyli hissəsi minimum əməkhaqqının ətrafında maaş alır. Ona görə də maaşların artırılması düşünülməlidir”.

Anar Kəlbiyev

Seçilən
3
13
unikal.az

10Mənbələr