AZ

Deputat maaşlardan danışdı: Artırılmalıdır

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

"Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manatdır və bu, orta əməkhaqqının 37%-i səviyyəsindədir. Qoşulduğumuz beynəlxalq sənədlərdə minimum əməkhaqqı ən azı orta əməkhaqqının 60%-i həcmindədir. Əgər bizdə bu tətbiq olunsa minimum əməkhaqqı 655 manat olmalıdır".

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, bu nöqteyi-nəzərdən minimum əməkhaqqı məbləğinə ildə bir dəfədən az olmayaraq baxılması məsələsi çoxşaxəli aktuallıq kəsb edir:

"Xüsusilə regionlarda işləyən şəxslərin xeyli hissəsi minimum əməkhaqqının ətrafında maaş alır. Ona görə də maaşların artırılması düşünülməlidir”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
13
olke.az

10Mənbələr