Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətləriartırılır.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasındadəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində özəksini tapıb.
Qanun layihəsinə əsasən, sədrə aşağıdakı səlahiyyətlərveriləcək:
- Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi üçünAzərbaycan Prezidentinə təkliflər verir;
- Naxçıvan MR-in dövlət və ictimai siyasi həyatının mühümməsələləri barədə Naxçıvan MR Ali Məclisinə məlumat verir;
- Naxçıvan MR-i xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla,habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsiledir;
- Naxçıvan MR-də yerli icra hakimiyyətləri başçılarının vəzifəyətəyin edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinətəqdimat verir;
- Naxçıvan MR-in dövlət orqanlarında qulluq (xidmət) keçənşəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsinədair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
- Naxçıvan MR-in dövlət təltifləri ilə təltif edir, AzərbaycanRespublikasının dövlət təltifləri ilə təltif edilmə haqqındaAzərbaycan Respublikasının Prezidentinə təkliflər verir.
Qanun layihəsi müzakirəyə çıxarılaraq ikincisəsvermədə qəbul edilib. İlk səsvermə 2025-ci iliyulun 8-də keçirilib.