Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, sədrə aşağıdakı səlahiyyətlər veriləcək:
Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi üçün Azərbaycan Prezidentinə təkliflər verir;
Naxçıvan MR-in dövlət və ictimai siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan MR Ali Məclisinə məlumat verir;
Naxçıvan MR-i xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;
Naxçıvan MR-də yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;
Naxçıvan MR-in dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
Naxçıvan MR-in dövlət təltifləri ilə təltif edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilmə haqqında Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir.
Qanun layihəsi müzakirəyə çıxarılaraq ikinci səsvermədə qəbul edilib. İlk səsvermə 2025-ci il iyulun 8-də keçirilib. Trend.az