AZ

Kante “Fənərbağça”ya bu şərtlə gələ bilər

BAKI, 2 fevral. TELEQRAF

Türkiyə təmsilçisi “Fənərbağça” Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun futbolçusu Nqolo Kanteni bir şərtlə transfer edə bilər.

Teleqraf Fabritsio Romanoya istinadən xəbər verir ki, “sarı-lacivərtlilər” 34 yaşlı yarımmüdafiəçi ilə mərakeşli hücumçu Yusif En-Nesirini dəyişdirə bilər.

“Əl-İttihad” mərakeşli futbolçunu Kərim Benzemanın əvəzləyicisi kimi görür. Benzema müqaviləsi ilə bağlı liqa rəhbərliyi ilə yaşadığı münaqişəyə görə klubu birdəfəlik tərk edə bilər.

Daha əvvəl Benzemanın yeni müqavilə şərtlərini alçaldıcı hesab edərək artıq komandanı tərk etdiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Nqolo Kante 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 21 oyunda 1 qol vurub.

Seçilən
6
1
teleqraf.com

2Mənbələr