AZ

Kante “Fənərbağça”ya bu şərtlə gələ bilər

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə təmsilçisi “Fənərbağça” Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun futbolçusu Nqolo Kanteni bir şərtlə transfer edə bilər.

Teleqraf Fabritsio Romanoya istinadən xəbər verir ki, “sarı-lacivərtlilər” mərakeşli hücumçu Yusif En-Nesiri ilə 34 yaşlı yarımmüdafiəçini dəyişdirə bilər.

“Əl-İttihad” mərakeşli futbolçunu Kərim Benzemanın əvəzləyicisi kimi görür. Benzema müqaviləsi ilə bağlı liqa rəhbərliyi ilə yaşadığı münaqişəyə görə klubu birdəfəlik tərk edə bilər.

Daha əvvəl Benzemanın yeni müqavilə şərtlərini alçaldıcı hesab edərək artıq komandanı tərk etdiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Nqolo Kante 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 21 oyunda 1 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sherg.az

2Mənbələr