AZ

Bakı-Quba yolunda qəza oldu - Bacı-qardaş öldü

Bakı–Quba avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Unikal" report-a istinadən xəbər verir ki, magistralın Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Qəza zamanı 2006-cı il təvəllüdlü Mirzəyeva Səma Cəmaləddin qızı və onun qardaşı - 2001-ci il təvəllüdlü Mirzəyev Ramal Cəmaləddin oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
36
17
unikal.az

10Mənbələr