Qaxın Güllük kəndi ərazisində Elmar Mənsumov idarə etdiyi “Mercedes” markalı avtomobillə Qax rayonunun hərəkətdə olarkən yolu keçən piyada, 78 yaşlı Abdurahman Əliyevi vurub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.