AZ

Qaxda minik maşını 78 yaşlı kişini vuraraq öldürüb

Qaxın Güllük kəndi ərazisində Elmar Mənsumov idarə etdiyi “Mercedes” markalı avtomobillə Qax rayonunun hərəkətdə olarkən yolu keçən piyada, 78 yaşlı Abdurahman Əliyevi vurub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
40
3
apa.az

4Mənbələr